Pedaqoji Şuranın iclası

 

13.09.2024-cü il tarixində Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbdə 2024-2025-ci tədris ilinin ilk pedaqoji iclası keçirildi. Məktəbin direktoru Xəyalə Qasımova çıxış edərək kollektivə yeni tədris ilində uğurlar arzuladı.

Daha sonra MİQ imtahanından keçərək məktəbimizə təyin olunan yeni müəllimlər pedaqoji kollektivə təqdim edildi.

İclasda müzakirə olunan məsələlər:

1. Ötən tədris ilinin yekunları, yeni dərs ilində pedaqoji kollektivin qarşısında duran məsələlər.

2. 2024-2025-ci tədris ili üçün məktəbin " Fəaliyyət Planı"nın müzakirəsi və təsdiqi.

3. Müəllimlərin dərs yükü, sinif rəhbərlərinin, fənn birləşmə sədrlərinin təyin edilməsi.

4. Ötən tədris ilinin buraxılış və qəbul imtahanlarının nəticələrinin təhlili.

5. Yeni tədris ilinə məktəb və məktəb inventarının hazırlıq vəziyyəti

6. Sinif rəhbərlərinin iş planının müzakirəsi, şagirdlərin vahid məktəbli forması ilə təminatı vəziyyəti, növbətçi müəllimlərin təyin edilməsi.

7. Şagirdlərin dərsliklərlə təmin edilməsi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi