Pedaqoji Şura

    İyun ayının 25-də məktəbin akt zalında 2023-2024-cü tədris ilinin sonuncu Pedaqoji Şuranın iclası keçirilib. Pedaqoji Şuranı məktəbin direktoru Xəyalə Qasımova öz çıxış sözü ilə açıq elan edib. 

    İclasda cari tədris ilinin 2-ci yarımili və yekun sinifdən-sinfə keçmənin vəziyyəti, qeyri-müvəffəq qiymət alaraq payız imtahanına qalan şagirdlər haqqında məlumatlar müəllimlərin nəzərinə çatdırıldı, sinif rəhbərlərinə, fənn müəllimlərinə müvafiq tapşırıqlar verildi.

    Həmçinin IX və  XI sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr haqqında məlumat verildi, cari tədris ilində əldə olunan nailiyyətlərdən bəhs edildi. 

   Müəllimlərin çıxışları dinlənildi. 

   Daha sonra məktəbin rəhbəri X. Qasımova 2023-2024-cü tədris ilində keçirilən sertifikasiya imtahanından uğurla keçən müəllimlərimizi təbrik etdi. 

   İclasın sonunda məktəbin direktoru X. Qasımova müəllimlərə məzuniyyətdə olduqları müddətdə xoş istirahətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi