Bu gün məktəbimizdə " Son Zəng" çalındı.

Məktəbimizin 11"A" və 11"B" sinifləri bu zəngin sədaları altında öz doğma məktəbləri ilə vidalaşdılar. Tədbirdə məktəbin rəhbərliyi, məktəbin adını daşıdığı şəhid Dilqəm Nəbiyevin bacısı Şəfiqə Nəbiyeva, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Ağsaqqallar Şurasının nümayəndələri, müəllimlər və valideynlər iştirak etdilər.

Tədbir himnimizin səslənməsi, şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra məktəbin direktoru Xəyalə Qasımova çıxış etdi.

Şagirdlərimizin maraqlı rəqsləri, məktəbə həsr olunmuş mahnıları, şeirləri gələn qonaqların zövqünü oxşadı.

Bu gün onların həyatında həm sevincli, həm də kədərli bir gündür. Biz də öz adımızdan 11-ciləri təbrik edir, onlara gələcək həyatda bol şans arzu edirik! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi