Xocalı faciəsi – tarixin ən qanlı səhifəsi

Xocalı soyqırımı erməni şovinist – millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin miqyasca ən dəhşətlisidir.1992- ci il fevralın 25-dən 26 –na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar məktəbimizdə bütün siniflərdə bu mövzuda mühazirələr, dəyirmi masalar təşkil olundu.I-XI siniflər arasında “ Xocalısız 25 il” mövzusunda rəsm-sərgi müsabiqəsi keçirildi.Xocalı soyqırımı ilə əlaqədar şagirdlər tərəfindən hazırlanan divar qəzetlərin, guşələrin təşkili, “Xocalıların kədəri və ümidi” mövzusunda inşa yazı və “Bir yurd vardı –Xocalı” mövzusunda bədii qiraət müsabiqəsinin keçirilməsi bir daha tariximizin bu qanlı səhifəsinin heç vaxt yaddaşlardan silinməyəcəyinin sübutudur. Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı məktəbin müəllim və şagird heyətinin birgə hazırladığı “Xocalı –xalqımızın qan yaddaşı” adlı ədəbi- bədii kompozisiyada şagirdlərin ifa etdikləri şerlər, həzin musiqilər, hazırlanan səhnəciklər və tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Tarverdiyev Ədalət müəllimin kədərli notlara toxunması və ürək sözlərini şagirdlərimiz ilə bölüşməsi bu günə olan diqqətimizin göstəricisidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi