Beynəlxalq Ana Dili günü-milli varlığın ifadəsi

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Həmin gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilmişdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Doğma ana dilimiz olan Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir. Beynəlxalq Ana Dili günü ilə əlaqədar olaraq məktəbimizin kitabxanasında “Ana dili millətin varlığıdır” adlı tədbir keçirildi.Təşkil olunan tədbirdə məktəbin dil-ədəbiyyat müəllimləri Müseyibova Svetlana və Mustafayeva Həvva şagirdlərə dilimizin tarixi, zənginliyi haqqqında ətraflı məlumat verdilər, kitabxana müdiri Səttarova Nazilə ana dilimizdə çap olunan yeni nəşrlər ilə şagirdləri yaxından tanış etdi.Şagirdlərimizdən 9a sinif şagirləri Abbasova Nilgün, Ağayarov Murad, 10a sinif şagirdi Məhərrəmova Ayla, 7c sinif şagirdi Abbasova Ofeliya və digərləri “Beynəlxalq Ana Dili günü” mövzusunda maraqlı mülahizələr ilə çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi