4 oktyabr Cəbrayıl Şəhəri günü münasibətilə tədbir keçirildi

Bu gün məktəbdə 4 oktyabr Cəbrayıl şəhəri günü münasibətilə tədbir keçirildi. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Şagirdlərin söylədikləri şe’rlər və təşkil etdikləri səhnəciklər rəğbətlə qarşılandı.Sonra Şəhid ailəsi,məktəbin qabaqcıl müəlliməsi,təqaüdçü Məhərrəmova Məlahət çıxış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi