20 Yanvar – qan yaddaşımız, qanlı tariximiz

20 yanvar faciəsi azərbaycan xalqının ən acı faciəsidir.Bu dəhşətli faciəni yaddaşına həkk etmək hər bir azərbaycanlının borcudur. 20 Yanvar faciəsinin 27-ci il dönümü ilə bağlı məktəbimizdə yuxarı sinif şagirdləri arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa müsabiqəsi keçirildi, şagirdlərimiz tərəfindən divar qəzetləri, stendlər hazırlandı. 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr olunmuş tədbirdə IV-X sinif şagirdləri iştirak etdilər.Şagirdlərimiz məruzələr, şeirlər , kədərli notlardan ibarət mahnılar ifa etdilər, IX sinif şagirdləri tərəfindən canlandırılan şəhid Larisa ilə anasının birgə söhbəti səhnəsi zalda əyləşən müəllim və şagirdlərə təsiredici anlar yaşatdı.Şagirdlərimiz tədbirə böyük ruh həvəsi ilə hazırlaşmışdılar.Tədbirin sonunda məktəbin direktoru Məmmədov Yusif müəllim şagirdlərin çıxışlarını yüksək qiymətləndirdiyini və belə tədbirlərin keçirilməsi şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində tərbiyələnməsində böyük rol oynadığını öz çıxışında bir daha qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi