1918 il 31 mart Azərbaycanlıların Soyqırımı Günü yad edildi

Bu gün məktəbdə 1918 ci il 31 mart Azərbaycanlıların Soyqırımı  Günü yad edildi Məktəbin 5 d sinif şagirdləri bu hadisə ilə bağlı tədbir təşkil etdilər.Hadisəyə aid məlumat verildi.105 il əvvəl, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhəri və quberniyasının müxtəlif bölgələrində, habelə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və Azərbaycanın başqa ərazilərində Bakı Soveti və “Daşnaksütyun” təşkilatından olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğın törədib. On minlərlə dinc azərbaycanlı etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib.Ulu Öndər  Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.Sonra şagirdlər şe'rlər səsləndirdi.Həmin tədbirdən görüntüləri təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi