12 dekabr-Ümummilli Lider Heydər Əliyevin anım günü

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür.Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Azərbaycanın böyük siyasi və dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 3-dən 12-dək məktəbimizdə bir sıra mühazirələr, seminarlar təşkil olundu.Ümumməktəb üzrə akt zalda V-XI sinif şagirdlərinin iştirak etdiyi böyük tədbir keçirildi.Həmçinin ibtidai sinif müəllimi Pənahova Elnarə müəllimin rəhbərlik etdiyi 3D sinif şagirdləri ilə birgə hazırladığı tədbir foyedə Heydər Əliyev guşəsi önündə keçirildi.Digər tədbirimiz isə tarix müəllimi İsmayılova Bənövşə müəllimin yuxarı sinif şagirdləri ilə təşkil etdiyi dəyirmi masa məktəbin Heydər Əliyev muzeyində baş tutdu.Hər iki tədbirdə Ulu Öndər Heydər Əliyevin həyatından, siyasi fəaliyyətindən, ümummilli liderimizin dövlətimizin, xalqımızın azadlığı, yüksəlişi uğrunda apardığı mübarizələrdən geniş bəhs edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi