Milli Dirçəliş Günü-Azərbaycan xalqının azadlığa qovuşduğu gün
17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1992- ci ildən etibarən bu gün tarixi gün kimi qeyd edilir. 1988-ci ildə Sovet imperiyasının hüdudları daxilində təlatümlər başladı. Həmin ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.Xalqımızın azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Milli Dirçəliş Günü ilə bağlı məktəbimizin kitabxanasında şagirdlərimiz ilə birgə tədbir keçirdik.Tədbirimizdə şagirdlər bu günün tarixi haqqında geniş məlumat verdilər.Ulu Öndərimizin siyasi fəaliyyətindən bəhs etdilər, əldə etdikləri maraqlı məlumatları yoldaşları ilə paylaşdılar.