Konstitusiya-özündə hüquq və qanunları əks etdirən ali, hüquqi qüvvəyə malik olan dövlət sənədidir

12 noyabr Azərbaycanda Konstitusiya günüdür. 1995-ci il noyabrın 12-də birinci çağırış Milli Məclisə seçkilərlə eyni gündə keçirilən ümumxalq referendumunda Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olunub. Bu tarixi hadisə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılması idi. Müstəqilliyin ilk illərindən siyasi çəkişmələr, hakimiyyət böhranı, qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu həm də çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması demək idi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 12 noyabr Konstitusiya günü respublikamızın bütün ictimai yerlərində hər il qeyd olunur.Məktəbimizdə Konstitusiya günü ilə əlaqədar tarix müəllimi Azər Həsənli 9C sinif şagirdləri ilə birgə tədbir keçirdi.Tədbirdə Azər müəllimin bu tarixi gün haqqında şagirdlərimizə ətraflı məlumat verdi, şagirdlərin çıxışları ilə bu günə olan diqqətimizin sübutudur.Həmçinin şagirdlərimizi öz hüquq və vəzifələri ilə daha da yaxından tanış etmək məqsədilə məktəbimizdə təşkil olunan Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı polis mayoru R.Əliyevin iştirak etdiyi ”Uşaq hüquqlarının qorunması” adı altında görüş keçirildi. Yüzdən çox yuxarı sinif şagirdinin iştirak etdiyi bu görüşdə R.Əliyev şagirdlərimizə dövlət konstitusiyasında mövcud olan uşaq hüquq və qanunlarından geniş bəhs etdi. Görüşdə həmçinin dövlətimizin uşaqlara olan böyük diqqətindən, qayğısından danışıldı və hər birimizin öz hüquqlarımızı bilməyimizin vacibliyi vurğulandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi