Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Ölkəmizin üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süqut edəndən və Azərbaycan sovetləşəndən sonra respublikanın üçrəngli bayrağı da dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də həmin ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. “9 noyabr Azərbaycan Dövlət Bayrağı Günü” ilə əlaqədar məktəbimizin Heydər Əliyev muzeyində 3d sinif şagirdləri ilə birgə möhtəşəm tədbir keçirdik.Tədbirdə şagirdlərimiz tərəfindən Bayraq günün yaranma tarixi haqqında ətraflı məlumat verilməsi, üçrəngli bayrağımıza həsr olunan şerlərin səslənməsi, şagirdlərin bu gün ilə bağlı əldə etdikləri bilikləri yoldaşları ilə bölüşməsi və sonda tədbirimizdə iştirak edən tədris işləri üzrə direktor müavini N.Məzburə xanımın və ibtidai siniflər üzrə direktor müavini C.Ülviyyə xanımın ürək sözlərini şagirdlər ilə paylaşmaları “Azərbaycan Dövlət Bayrağı Günü” nə olan diqqətimizin ən böyük təcəssümüdür.