BMT-nın sərəncamına əsasən 1981-ci il sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan edildi.Sülh günü ilə əlaqədar olaraq məktəbimizin I-XI sinif şagirdlərinə ətraflı məlumat verildi və mövzu ətrafında söhbətlər aparıldı.Məktəbin kitabxana müdiri N.Səttarova və IIB sinif rəhbəri M.Məhərrəmovanın rəhbərliyi ilə II sinif şagirdləri ilə birlikdə ” Sülh Günü şagirdlərin gözü ilə” başlığı altında geniş tədbir keçirildi.