Xocalı Soyqırımının 28-ci ildönümü

       Bu gün məktəbimizdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirildi.Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin  müəllimləri Ədalət Tarverdiyev,Məzburə Nağıyeva Şəhla Talıbova,Azər Həsənli,Samirə Qurbanlı,Firəngiz Həsənova.Fəridə Abbasova tədbirdə çıxışlarında Xocalı faciəsini  XX əsrin ən dəhşətli və ən qəddarcasına  törədilmiş faciəsi olduğunu bildirdilər.Günahsız insanların başına gətirilən müsibətlərdən danışdılar.Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu və bu faciənin heç zaman yaddaşımızdan silinməyəcəyini dedilər.Sonda şagirdlər Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar,səhnəciklər nümayiş etdirdi,vətənə,şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi