“Narkomaniya ümumbəşəri bəladır” xüsusi mövzu əsasında maarifləndirmə tədbiri

       Dekabrın 3-də məktəbimizdə məktəbin şagirdlərini zərərli vərdişlərdən yayındırmaq və qeyd olunan istiqamətdə onları məlumatlandırmaq məqsədi ilə Bakı şəhər BPİ-nin və Nərimanov RPİ-nin əməkdaşlarının birgə hazırlanmış “Narkomaniya ümumbəşəri bəladır” xüsusi mövzu əsasında maarifləndirmə tədbiri keçirmişdir.Görüşün yekununda tədbirdə iştirak edən müəllim və şagirdlərə yetkinlik  yaşına çatmayanların hüquq və vəzifələri aspektində diskusiya xarakterli məqsədyönlü,qabaqlayıcı ümumi profilaktiki söhbətlər aparılmışdır.

      Bu məzmunda qabaqlayıcı profilaktiki tədbirlər,gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir edərək onları zərərli vərdişlərdən,hüquq pozmalardan yayındırma prosesinə yönəlmiş fəaliyyətdə böyük önəm daşıyır və müstəqil dövlətimizin gələcək qurucuları olan övladlarımıza sağlam həyat tərzini təbliğ etməklə yanaşı,onları milli ruhda tərbiyələndirərək  vətəndaş mövqeyini formalaşdırır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi