“Bilik Günü”

Sentyabrın 16-da məktəbimizdə “Bilik Günü” qeyd olundu. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan təntənəli toplanışda çixiş edən məktəbin direktoru Tural Mirzəliyev, BŞTİ-nin İctimaiyyətlə Əlaqələr Sektorunun məsləhətçisi Lalə Qarayeva, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi Emin Babayev, Təlimə Dəstək Mərkəzinin əməkdaşı Xuraman Əliyeva, İbtidai sinif müəllimi Solmaz Məmmədova və başqaları şagirdləri, müəllimləri,  valideynləri “Bilik Günü" münasibətilə təbrik etdilər. Birincilər şeirlər söyləyib ilk zəngi səsləndirdilər. İlk dərslər ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi