HAQQIMIZDA

Bakı şəhəri Yasamal rayonu 175 nömrəli tam orta məktəb iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun adını daşıyır. Məktəbimiz 1953-cü ildən fəaliyyət göstərir və 2 tədris korpusundan ibarətdir. Bütün sinif otaqları internet şəbəkəsinə qoşulmuşdur. İbtidai sinif otaqları elektron lövhələrlə təchiz olunmuşdur. 2 kompüter otağı, müəllimlər otağı, tibb məntəqəsi, zəngin kitabxana, buffet və idman zalı mövcuddur. 

Məktəbdə təlim Azərbaycan və rus dillərində aparılır, “STEAM” layihəsi tətbiq olunur.

Məktəb beş günlük iş rejimində, iki növbədə işləyir. 52 sinfində 1443 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Müəllimlərdən 2 nəfəri elmlər namizədi, 1 nəfər qabaqcıl təhsil işçisidir. 

Hər il şagirdlər rayon, şəhər və respublika üzrə keçirilən müxtəlif idman yarışlarının, sərgi və müsabiqələrin iştirakçısı və qalibləri olurlar. 15 aprel 2022-ci il tarixində orta ümumtəhsil məktəbləri arasında «Şahin» hərbi-idman oyunu üzrə rayon birinciliyində məktəbimizin komandası III yerə layiq görülmüşdür. 

Məktəbimizdə şagirdlərlə aparılan tərbiyə işləri təkcə dərslərlə məhdudlaşmır, həm də geniş şəkildə sinifdənxaric və məktəbdənkənar tədbirlər vasitəsilə həyata keçirilir. Məktəbimizin şagirdləri arasında beynəlxalq səvilyyəli idman yarışlarında əldə olunan uğurlarımızı da qeyd etməliyik. Belə ki, İsrailin Hayfa şəhərində sambo üzrə Avropa çempionatında məktəbimizin şagirdi Hüseyn Hüseynli kadetlər arasında bürünc medal uğrunda 5-1 hesabla erməni rəqibinə qalib gələrək ölkəmizin idman şərəfini qorumuşdur. Məzunumuz Nigar Alşanova məktəbi "Gümüş medalla" bitirmiş və ali məktəbə yüksək balla qəbul olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi