2025-2026-cü tədris ili üzrə ilk Pedaqoji Şura iclası

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq 2025-2026-cü tədris ili üzrə ilk Pedaqoji Şura iclası keçirildi. İclasda məktəbin direktoru Rövşən Allahverdiyev müəllimləri yeni dərs ili münasibətilə təbrik edərək, onlara işlərində uğurlar arzuladı və məktəbə yeni təyin olunan müəllimləri kollektivinə təqdim etdi. Daha sonra məktəbin əvvəlki tədris ilində əldə etdiyi nailiyyətlər, keçirilmiş monitorinqlərin yekun nəticələri haqqında geniş müzakirələr aparıldı. Müzakirələrdə tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin təlim-tərbiyə prosesində daha yüksək nailiyyətlər əldə etməsi, innovativ yanaşmaların tətbiqi və məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Yeni tədris ilində qarşıda duran vəzifələr və hədəflər həmcinin cari məsələlər müzakirə edilərək təstiq edildi. Sonda müəllimlərin sualları məktəb rəhbərliyi tərəfindən cavablandırıldı.