2024–2025-ci tədris ilinin XI sinif məzunlarına attestatlar təqdim olundu

2024–2025-ci tədris ilinin XI sinif məzunlarına attestatlar təqdim olunub. Bu gün məktəbimizin XI sinif məzunlarına uzun illər ərzində qazandıqları bilik və bacarıqların rəsmi təsdiqi olan attestatlar təqdim olunub. Tədbirdə məktəbimizin direktoru Rövşən Allahverdiyev məzunlara dəyərli tövsiyələr verərək, gələcək həyat yollarında onlara uğurlar arzulayıb.

Bu il ümumilikdə 114 məzunumuz orta təhsil səviyyəsini başa vurub. Onlardan 106 nəfəri adi nümunəli attestat, 8 nəfəri isə fərqlənmə attestatı ilə təltif olunub.

Əziz məzunlar, sizə ali təhsil yolunda uğurlar, imtahanlarda yüksək nəticələr və cəmiyyətimiz üçün dəyərli bir yolçuluq arzulayırıq! Gələcək sizin əlinizdədir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi