"Zərərli vərdişlərə yox deyək!" mövzusunda maarifləndirici görüş

Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəbimizdə yuxarı sinif şagirdləri üçün "Zərərli vərdişlərə yox deyək!" mövzusunda maarifləndirici görüş keçirildi. Tədbirin əsas məqsədi şagirdlərdə hüquqi savadlılığın artırılması və təhlükəsiz cəmiyyətin qurulmasında onların rolunun dərk olunmasından ibarətdir. Yasamal rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev tərəfindən şagirdlərə hüquqi biliklərin aşılanması, zərərli vərdişlərin fəsadları, sosial məsuliyyət və təhlükəsiz həyat tərzinin formalaşdırılması ilə bağlı geniş məlumatlar verildi. Şagirdləri maraqlandıran suallar cavablandırılaraq, onların gələcək həyatlarında məsuliyyətli və qanunlara hörmət edən fərd kimi yetişmələrinin vacibliyi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi