2024–2025-ci tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası

25 İyun 2025-ci il tarixində 2024–2025-ci tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirildi. İclasın sədri məktəbin direktoru Rövşən Allahverdiyev gündəlikdə duran məsələlər haqqında məlumat verdikdən sonra cari tədris ilinin yekunları, IX-XI siniflərin buraxılış imtahanlarının nəticələrini pedoqoji kollektivlə müzakirə etdi. Daha sonra direktor müavinlərinin hesabatları dinlənildi, siniflər üzrə BSQ və illik qiymətləndirmənin nəticələri təhlil olundu. Pedaqoji Şurada tədris prosesində nizam-intizam vəziyyəti, psixoloji müşahidələrin nəticələri, məktəbdaxili tədbirlər və tərbiyəvi işlərin gedişi ilə bağlı ətraflı çıxışlar dinlənildi. Müəllimlər ilə qarşıya çıxan çətinliklər, əldə olunan nailiyyətlər və gələcəkdə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparıldı.
İclasın sonunda yeni tədris ili üçün şagird nailiyyətlərinin yüksəldilməsi, tədris keyfiyyətinin artırılması və məktəbin ümumi inkişafı ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi.