Qanlı 20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi

Məktəbdə 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Şagirdlərin çəkdiyi rəsmlərdən ibarət sərgi hazırlanmış, divar qəzetləri buraxılmış, “Şəhidlər xiyabanı”na ziyarətlər təşkil olunmuş, mövzu ilə bağlı inşa və rəsm müsabiqələri keçirilmişdir. Silsilə tədbirlərin yekunu olaraq 21 yanvar tarixində məktəbdə ibtidai sinif müəllimləri Ü.Məmmədova (2D) və T.Maşkovanın (2C)  təşkilatçılığı ilə “20 Yanvar - Azadlığa gedən yolun zirvəsi” mövzusunda ədəbi-bədii kompozisiya təşkil edilmişdir. Əvvəlcə şagirdlər məktəbin məzunu - 20 Yanvar şəhidi Aleksey Nişenkonun barelyefi önünə gül dəstələri düzmüşlər. Tədbir Azərbaycan Dövlət Himnini səsləndirməsi ilə açıq elan edilmiş, bir dəqiqəlik sükutla şəhidlərimiz yad olunmuşdur. Şagirdlər azadlıq yolunda özünü qurban vermiş şəhidlər haqqında şeirlər, mahnılar səsləndirdilər, 20 Yanvar hadisələrini əks etdirən  səhnəcik  göstərdilər.

    Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi