Ulu Öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr edilmiş tədbirlər keçirildi

    Məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Tədbirlər planı" na əsasən silsilə tədbirlərin yekunu olaraq 8 may 2018-ci il tarixdə "Azərbaycanın memarı"  adlı təntənəli yığıncaq keçirildi. 6 "D" və 6 "E" sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şəkillər, fotoalbomlar, şagirdlərin çəkdikləri rəsmlər nümayiş edildi, şagirdlər Ulu Öndər haqqında  şeirlər söylədilər, mahnılar ifa etdilər. Sonda məktəbin direktoru Q.A.Qələndərov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür etdi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda inşa yazı, “Sən elə bir zirvəsən ki...” mövzusunda şeir, “Ən məzmunlu divar qəzeti” müsabiqələrində, iməclikdə, şagirdlər arasında voleybol idman növü üzrə turnirdə fərqlənən şagirdləri "Fəxri fərman"larla təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi