“Azərbaycanı sevək və qoruyaq” adlı tədbir keçirildi

7 mart 2018-ci il tarixdə məktəbin coğrafiya müəllimləri A.Əliyeva və A.Babayevanın təşkilatçılığı ilə “Azərbaycanı sevək və qoruyaq” adlı tədbir keçirildi. Tədbirdə məktəbin rəhbərliyi,müəllim və şagird kollektivi, valideynlər iştirak etdilər. VI-IX sinif şagirdləri Azərbaycanın bölgələrinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri, flora və faunası, tarixi abidələri, milli mətbəxi, turizm obyektləri haqqında ayrı-ayrılıqda hazırladıqları məlumatlarla tədbir iştirakçılarını tanış etdilər və Azərbaycan haqqında mahnılar, şeirlər söylədilər. Sonda çıxış edən məktəbin direktoru Q.Qələndərov belə tədbirlərin keçirilməsinin şagirdlərin intellektual səviyyələrinin artırılmasında, onlarda özünə inamın aşılanmasında əhəmiyyətli rol oynadığını qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi