Qeyri-infeksion xəstəliklərlə mübarizə

Azərbaycan Respublikası Prezidentinin 2015 –ci il 23 dekabr tarixli 1645 nömrəli Sərancamı ilə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020 –ci illər üçün Strategiya”sı təsdiq edilmişdir. Strategiyanın icrası üzrə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən 28.01.2016- cı il tarixli 42nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. Həmin Tədbirlər Planına əsasən 22 dekabr 2016-cı il tarıxdə 16 saylı şəhər poliklinikasının həkimi Nahidə Ələkbərova və məktəbin tibb bacısı Leyla Ağayevanın iştirakı ilə 8-11-ci sinif şagirdləri arasında "Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır” mövzusunda tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri barədə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə zərərli vərdişlərin səbəblərindən və çıxış yollarından danışılmışdır. Tıbb bacısı Leyla Ağayevanın “Sağlam olmayan orqanizmin sağlam nəsil artımı ola bilməz” mövzusunda məruzəsı və məsləhətləri dinlənilmişdir.Tədbirin sonunda insanları zərərli vərdişlərdən uzaq olmağa həvəsləndirən, bu vərdişlərin onların həyat və sağlamlığına mənfi təsir etdiyini özündə əks etdirən videoçarxlar və slaydlar nümayiş etdirildi. Həmin mövzu ilə bağlı, IC sinfində “Düzgün qidalanmanın önəmi”adlı maarifləndirici tədbir keçirilmişdir.Tədbirdə şagirdlərin hazırladıqları səhnəciklər nümayiş etdirilmışdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi