28 May – Müstəqillik Günü ilə əlaqədar dəyirmi masa keçirildi

 Tarix müəllimi Zöhrə Sultanova 28 May – Müstəqillik Günü ilə əlaqədar 9 "A" sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirdi. Tədbir Azərbaycan Respublikanın Dövlət Himninin səsləndirilməsi ilə başladı və Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş film nümayiş etdirildi. Sonra müəllim Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, tarixi şəxsiyyətlər və şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə şagirdlərə məlumat verdi. Daha sonra şagirdlər çıxış edərək demokratik respublikasının yaranması və Azərbaycan Milli Şurasının iclasında qəbul edilən İstiqlal Bəyannaməsi haqqında ətraflı məlumat verdilər, Xalq Cümhuriyyətinin yaranmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin böyük xidmətləri haqqında bəhs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi