"Reproduktiv sağlamlıq və onun əhəmiyyəti" mövzusunda seminar keçirildi

Biologiya müəllimi Gülnarə İsgəndərova və VI sinif şagirdlərinin (qızlarının) iştirakı ilə "Reproduktiv sağlamlıq və onun əhəmiyyəti" mövzusunda seminar təşkil edildi. Seminarda qızlara gələcək nəslin davamçıları kimi sağlam həyat tərzi keçirmək, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək tövsiyə olundu, mövzu ilə bağlı video çarx nümayiş etdirildi. Sonra tibb bacısı Leyla Ağayeva çıxış edərək şagirdlərə öz tövsiyələrini verdi. Seminarın keçirilməsində məqsəd reproduktiv sağlamlığın əhəmiyyətini şagirdlərə düzgün şəkildə aşılamaqdır. Sonda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi