“Vətənə bəxş olunan ömür” adlı “Dəyirmi masa” keçirildi

Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği məqsədilə məktəbin tarix müəllimi Alena Vladıka 8a sinif şagirdləri ilə birgə “Vətənə bəxş olunan ömür” başlığı altında “Dəyirmi masa” keçiridilər. Əvvəlcə müəllim Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyətin həyat və fəaliyyətindən, onun keçdiyi şərəfli tarixi yol haqqında geniş məlumat verdi. Sonra şagirdlər “Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəçilik siyasəti qələbəmizin təməlidir”, “Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişafı” mövzularında hazırladıqları təqdimatlarla şıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi