“Bahar çələngi” layihəsi çərçivəsində “Yurdumuza bahar gəlir” adlı ədəbi-bədii kompozisiya keçirildi

“Bahar çələngi” layihəsi çərçivəsində Ana dili və ədəbiyyatı müəllimi Hökümə Qurbanova və 6d sinif şagirdləri Novruz bayramına həsr olunmuş “Yurdumuza bahar gəlir” adlı ədəbi-bədii kompozisiya hazırladılar. Şagirdlər bahar bayramına aid şeirlər söylədilər, mahnılar ifa etdilər, bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, səhnəciklər nümayiş etdirdilər. #BaharÇələngi