“Bahar çələngi” layihəsi çərçivəsində “Elimizə Novruz gəlir” adlı ədəbi-bədii kompozisiya keçirildi

“Bahar çələngi” layihəsi çərçivəsində 7d sinif şagirdlərinin iştirakı ilə “Elimizə Novruz gəlir” adlı ədəbi-bədii kompozisiya keçirildi. Şagirdlər, xalqımızın qədim bayramı olan Novruzun bütün adət-ənənələrini canlandıraraq bayatılar söylədilər, yumurta döyüşdürdülər, sazda və tarda baharın gəlişinə həsr olunmuş mahnılar, "Səməni" və “Yallı” rəqslərini ifa etdilər. Novruz bayramınız mübarək! #BaharÇələngi