Muzeyə ekskursiya

“21 Fevral-Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar məktəbin Ana dili və ədəbiyyatı müəllimi H.Qurbanovavə 6d sinif şagirdləri AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı oldular. Şagirdlər muzeydə sərgilənən dəyərli sənət əsərləri və onların tarixi haqqında, Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı və tarixi kökləri barədə maraqlı məlumatlar ilə tanış oldular, Ana dilimizin gözəlliyini əks etdirən şeirlər, kəlamlar, mahnılar söyləydilər. Еkskursiyadan sonra şagirdlərə “Muzeyə səyahət haqqında təəssüratım” mövzusunda esse yazmaq tapşırıldı.