"20 Yanvar – Azadlığa gedən yolun zirvəsi" adlı ədəbi-bədii kompozisiya

4 D sinif müəllimi Elnarə Allahverdiyeva şagirdləri ilə birgə 20 Yanvar faciəsinə həsr olunmuş "20 Yanvar – Azadlığa gedən yolun zirvəsi" adlı ədəbi-bədii kompozisiya hazırlamışlar. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər azadlıq yolunda özünü qurban vermiş şəhidlər haqqında şeirlər, mahnılar səsləndirdilər. Sonda 20 Yanvar hadisələrini əks etdirən slaydlar, videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi