“Zəfər sevincini bizə yaşadanlar”

Sinif rəhbəri Gülşən Şiriyevanın təşkilatılığı ilə “Zəfər sevincini bizə yaşadanlar” adlı tədbir keçirildi. Öncə  bu misilsiz qələbəni bizlərə yaşadan, torpaqlarımızı öz qanı və canı bahasına azad edən qəhrəman əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Daha sonra 8 D sinif şagirdlərinin ifasında kompozisiyalar, şeirlər, mahnılar səsləndi, Vətən müharibəsindən bəhs olunan müxtəlif videoçarxlar nümayiş edildi. Şagirdlərin çox böyük ruh yüksəkliyi ilə hazırladıqları tədbirdə bir daha vurğulandı ki, qələbəni qanı ilə yazan igidlərin adı əbədi yaşayacaq, onların qəhrəmanlığı tariximizin ən şərəfli səhifəsinə çevriləcək, zamanın fövqündə dayanacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi