“Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir

29 fevral 2021-ci il tarixdə 4C və 4D sinif şagirdlərinin iştirakı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə şagirdlər Xocalı faciəsini əks etdirən şeirlər söyləmiş, mahnılar ifa etmişlər. Daha sonra videoçarxlar və slaydlar nümayiş olundu. Sonda şagirdlər “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda çəkdikləri rəsmləri, hazırladıqları divar qəzetlərini təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi