"Vətən sənə oğul dedi" adlı online tədbir keçirilmişdir

5 fevral 2021-ci il tarixdə məktəbin ingilis dili müəllimi Gülşən Şiriyeva və Azərbaycan dili və ədəbiyyatı müəllimi Hökümə Qurbanovanın təşkilatçılığı  ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə "Vətən sənə oğul dedi" adlı online tədbir keçirilmişdir. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər, valideynlər, 7D və 7Ç sinif şagirdləri  iştirak etmişdir. Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlər qəhrəmana həsr olunmuş şeirlər, hekayələr söylədilər, slaydlar və vidioçarx nümayiş etdilər. Sonda çıxış edən  məktəbin direktoru Tural Mirzəliyev Milli Qəhrəman Mübariz İbrahimovun torpaqlarımızın bütövlüyü uğrunda göstərdiyi misilsiz rəşadətindən danışdı. Bildirdi ki, Mübariz kimi oğulları olan Vətən heç vaxt basılmaz.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi