Şagirdlərimizin əl işlərindən ibarət “Şaxta babanın emalatxanası” adlı sərgi təşkil olundu

25 dekabr 2019-cu il tarixdə məktəbdə 3A, 3B, 3C, 3Ç, 3D sinif şagirdlərin iştirakı ilə Yeni il bayramına həsr edilmiş “Şaxta babanın emalatxanası” adlı əl işlərindən ibarət sərgi keçirilmişdir. Şagirdlər qış fəslini tərənnüm edən müxtəlif kompozisiyalar hazırlayıb sərgidə nümayiş etdirdilər. Məktəbin rəhbərliyi və müəllim kollektivi sərgiyə baxış keçirdilər. Tədbirdə uşaqlar böyük həvəslə iştirak etdilər.