"Zərərli vərdişlərə birlikdə yox deyək " adlı tədbir keçirildi .

18.04.2024 cu il tarixində məktəb psixoloqu Səriyyə Cəfərovanın təşkilatçılığı ilə məktəbimizdə 7-10cu sinif şagirdləri ilə birgə "Narkomaniyaya yox deyək" adlı tədbir həyata keçirildi. Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Suraxanı Rayon Polis İdarəsi Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev və inspektoru polis kapitanı İlahə Balayeva iştirak edirdi.

Tədbir Azərbaycan Dövlət Himni ilə başladı. İlk öncə məktəbin I A sinif şagirdləri "Uşaqlara gülmək yaraşır" adlı mahnı ifa etdilər. Daha sonra, məktəb direktoru Vəfa Bağırova qonaqları salamlayaraq, əsrin bəlası olan Narkomaniyanın insan həyatına vurduğu zərərlər haqqında çıxış etdi. Qonaqlar mövzu ilə əlaqədar hüquqi aspektdən çıxışlar etdilər, uşaqların suallarını cavablandırdılar. Məktəb psixoloqu şagirdlərə zərərli vərdişlərdən uzaq durmaq üçün səmərəli vaxtlarını düzgün keçirməyin, düzğün fəaliyyətə yönəlməyin vacibliyi haqqında geniş məlumatlar verdi. 8 ci sinif şagirdləri mövzu ilə əlaqədar şeir və rəsm təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi