Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə ekskursiya təşkil edildi

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar 27 aprel 2024-cü ildə UBR Aysel Abbasovanın təşkilatçılığı,5 nömrəli Uşaq Gənclər inkişaf mərkəzinin dərnək rəhbəri Cəmilə Əhmədova və Xeyransa Hümmətovanın dəstəyi ilə 8b sinif şagirdləri üçün su sektorunda dünyanın unikal qurğularından sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə ekskursiya təşkil olundu.

Ekskursiya müddətində məktəblilərə suyun faydası, təmizlənməsi və əhaliyə çatdırılması, sudan qənaətlə istifadə, su ehtiyatlarının mühafizəsi barədə maarifləndirici məlumatlar verildi.Bildirildi ki, həyat mənbəyi olan sudan qənaətlə istifadə hər bir kəsin mənəvi borcudur. Su qıtlığı hazırda bütün bəşəriyyətin problemidir.

Şagirdlər komplekslə tanışlıq çərçivəsində dərnək üzvləri mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izlədilər.

 

https://azersu.az/az/static/7/link/18

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi