HAQQIMIZDA

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü siyasəti əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində də keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Ölkədə sosial sahədə həyata keçirilən tədbirlər əhəmiyyəti və miqyası ilə seçilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların ardıcıllığını təmin etmək üçün dövlət tərəfindən bütün zəruri işlər görülüb və hazırda da davam etdirilir. Bu baxımdan, Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin istifadəyə verilməsi xüsusi əhəmiyyətə malikdir. Bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək diqqət və qayğı ilə yanaşmasının növbəti təzahürüdür. Azərbaycanın sosial siyasətinin növbəti uğurlu lahiyələrindən biri olan Hövsan yaşayış kompleksi Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında,  Bakının sürətlə inkişaf edən şərq hissəsində, Xəzər sahilindən cəmi 2 km məsafədə yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşir. Hövsan yaşayış kompleksində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin , yaşıllq zonalarının, uşaq meydançalarının, sosial infrasruktur obyektlərinin tikintisi aparılmışdır. Ərazidə  2 uşaq bağçası,  ümumtəhsil məktəbi və xəstəxana istifadəyə verilmişdir. Məktəb 1920 şagirdin təhsil alması üçün nəzərdə tutulub. Hal-hazırda məktəbdə 530 şagird həftənin 5 günü, 1 növbəli təhsil alır. Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 172 nömrəli tam orta məktəb Azərbaycan xalqının mədəni inkişafında müstəsna rolu olan şəxslərdən biri görkəmli yazıçı, nasir, maarif xadimi Süleyman Sani Axundovun adını daşıyır. 172 nömrəli tam orta məktəbin fəaliyyəti təhsil nazirinin 20.08.2021-ci il tarixli, F-417 nömrəli əmrinə əsasən bərpa olunub. Ən müasir avadanlıqlarla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir.S.S.Axundov adına 172 nömrəli tam orta məktəb 4 korpusdan, 3 mərtəbədən ibarətdir. Məktəbdə 4 müəllimlər otağı, 74 sinif otağı, 594 nəfərlik 1 akt zalı, 2 kompüter otağı, 1 kitabxana, kompüterlərlə təchiz olunmuş oxu zalı,  2 kimya, 2 fizika, 2 biologiya kabineti, 4 texnologiya otağı,  məktəbəqədər hazırlıq otağı, 2 idman zalı və 160 nəfərlik bufet mövcuddur. Məktəb müasir qazanxana, su və elektrik sistemləri, 22 sanitar qovşaq,  1 futbol və 1 voleybol meydançası ilə təmin olunub. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün şərait var. Sinif otaqları zəruri tədris avadanlığı ilə təchiz edilib. Bu təhsil ocağında yaradılan şərait son illərdə ölkədə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlərin ardıcıl xarakter aldığını göstərir. Bütün bunlar isə Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Məktəbimizdə pedaqoji heyət 31,  təsərrüfat qrupu isə 10 nəfərdən ibarətdir. 172 nömrəli tam orta məktəbin kollektivi ölkəmizdə formalaşan güclü təhsil infrastrukturunun  və gənc nəslin əsl vətəndaş kimi formalaşmasına öz layiqli töhfəsini vermək üçün tam məsuliyyətlə çalışır. Məktəb kollektivi Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq, təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir.

Məktəbimizdə 2023-2024 tədris ili üçün 1385 şagird 40  sinifdə komplektləşdirilmişdir. Üç məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. 2022-2023-cü tədris ilindən "Steam " layihəsi ,2023-2024- cü tədris ili üçün "Rəqəmsal bacarıqlar" layihəsi tətbiq olunmağa başlamışdır,həmçinin "Peşə təmayüllü siniflərin təşkili "layihəsi əsasında İKT,dərzilik və aşpazlıq peşə təmayül sinfi təşkil olunmuşdur.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi