"Şərqdən doğan günəş -Dahi Füzuli "adlı tədbir keçirildi .

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinin icrasına uyğun olaraq bu gün 24 aprel 2024-cü ildə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Vüsalə Kazımovanın təşkilatçılığı və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Kəmalə Məhərrəmova ,Rəfiqə Əzimova ,Aynur Məlikovanın dəstəyi ilə "Şərqdən doğan günəş-Dahi Füzuli "adlı tədbir keçirildi.Tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı,filologiya, üzrə fəlsəfə doktoru, füzulişünas Aynur Mahmud dəvət olunmuşdu.

Tədbirdə şagirdlər Məhəmməd Füzulinin qəzəllərindən söylədilər ," Leyli və Məcnun" poemasını və Meyvələrin söhbəti" alleqorik şeirini səhnələşdirdiilər. Tədbirdə Məhəmməd Füzulinin həyat və yaradıcılığındanbəhs edən videoslaydı nümayiş olundu.Çıxış üsün Aynur Mahmuda söz verildi.Tədbirin sonunda məktəbin direktoru Vəfa Bağırova çıxış edərək iştirak edən hər bir kəsə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi