İbtidai siniflər üçün "Nağıl saatı" keçirildi.

13.03.2024-cü il tarixində S.S.Axundov adına 172 nömrəli tam orta məktəbdə kitabxana müdiri Çinarə Hüseynova və Uşaq Birliyi Rəhbəri Aysel Abbasovanın təşkilatçılığı ilə ibtidai sinif şagirdlərimiz üçün “Nağıllardan çələng hörək” adı altında nağıl saatı keçirildi. Nağıl saatının qonağı qismində Şəbnəm Həsənəlizadə iştirak edirdi.

“Nağıllardan çələng hörək” adlı nağıl saatını keçirməkdə məqsədimiz şagirdlərimizin bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb nağıl qəhrəmanlarının dünyasına səyahət etdirməkdir. İbtidai sinif uşaqları üçün belə tədbirlərin keçirilməsi onların kitabxanaya, kitaba marağını artırır və gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi