Şagirdlərin "Qafqaz Universiteti"nə ekskursiyası

Bu gün Qafqaz Universitetinin rəhbərliyinin təşəbbüsü ilə 170 N-li tam orta məktəbin XI sinif şagirdləri universitet ilə tanışlığa dəvət olunmuşlar. Şagirdlərimizi universitet rəhbərliyi çox mehriban qarşılamış və onlara universitet haqqında geniş məlumat vermişlər. Şagirdlərimiz universitetin labaratoriya və auditoriyaları ilə tanış olmuş və bəyənmişlər. Şagirdlərimizə məlumar verilib ki, əgər onlar yüksək bal toplayaraq universitetimizə qəbul olarlarsa,xaricdə oxumaq şansı qazanarlar. Universiteti bitirdikdən sonra isə işlə təmin olunurlar. Bu isə şagirdlərimizdə böyük ruh yüksəkliyi yaratmışdır. Onlar görüşdən böyük razılıq və məmnuniyyətlə qayıtmışlar.