Kiçik Akademiya

"Uğura gedən yol təhsildən başlanır" adlı məktəbdaxili bilik yarışı8 may tarixində Heydər Əliyevin 100 illiyinə həsr edilmiş 6-cı siniflərarası "Uğura gedən yol təhsildən başlanır" adlı məktəbdaxili bilik yarışı keçirildi. Məqsəd: şagirdlərin fənnlər üzrə bilik və bacarıqlarını yoxlanılması idi. Məktəbin Kiçik Akademiysının coğrafiya və informatika kafedralarının rəhbər müəllimləri Əhmədova Püstəxanım və Süleymanova İlkanənin təşkilatçılığı ilə keçirilən yarışda məktəbin direktoru Ülviyyə Aslanova, direktor müavini Aynur Musayeva və digər fənn müəllimləri Milana Baxşəliyeva, Rövşanə Məmmədova , Yeganə Qurbanova münsif olaraq iştirak etdilər. 5 komandadan ibarət olan yarışda: Dəmir Yumruq komandası 1ci yer, Qələbə komandası 2-ci yer, Xarı Bülbül komandası 3-cü yerə çıxaraq Fəxri Fərmanla, Zəfər və Dirçəliş komandaları isə iştiraklarına görə Təşəkkürnamə ilə təltil olundular.

Ətraflı

"Konfrans"3 may tarixində məktəbin təşkilatçılığı ilə müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Yolumuz Heydər yoludur!” adlı şagirdlərin təqdimatı ilə məktəblərarası elmi konfrans təşkil edilmişdir. Konfransın təşkil edilməsində məqsəd Sabunçu rayon məktəblərinin “Kiçik Akademiya” larının tarix kafedralarının məktəblərarası və şagirdlərarası dostluq, birlik əlaqələrini möhkələndirmək, ümummilli lider Heydər Əliyevin zəngin, mənəvi- siyasi irsini araşdırmaq, təbliğ etmək və şagirdlərimizin ulu öndərin azərbaycançılıq idealogiyasına uyğun tərbiyə alaraq, vətənpərvər şəxsiyyətlər kimi yetişməsinə nail olmaqdır. Konfrans Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Açılış sözü ilə məktəb direktoru Ülviyyə Aslanova Ulu Öndərin hər zaman gəncliyə və gənclərə etimad göstərməsindən, bu gün də gəncliyə və gənclərə göstərilən qayğının yeni mərhələyə qədəm qoymasından, ölkəmizdə gənc nəslin problemlərinin həll edilməsindən, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunmasından, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığından, dövlət səviyyəsində bütün zəruri tədbirlərin həyata keçirilirməsindən danışdı. O bildirdi ki, bu günkü təntənəli görüş də gənclərin vətənə layiqli vətəndaş kimi yetişməsinə bir stimul verəcək. Sonda çıxış edən məktəblilər təşəkkürnamə ilə təltif edilərək xatirə şəkli çəkdirdilər

Ətraflı

"Azərbaycan deyəndə səni düşünürük biz" adlı şeir müsabiqəsi7 aprel tarixində məktəbin Kiçik Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri Lamiyə Vəliyevanın təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Azərbaycan deyəndə səni düşünürük biz" adlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlərin təqdimatında ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər dinlənildi. Şagirdlər arasında 5-ci sinif şagirdi Hüseynova Əminə, 6-cı sinif şagirdləri Həmzəyeva Zəhra, Nəsirova İlahə, 7-ci sinif şagirdləri İbrahimova Arzumələk, Mehdili Mədinə, M. Ağa, 9-cu sinif şagirdi Məhərova Məlahət fərqləndilər. Sonda müəllimlər şagirdlərə bədii qiraət sahəsində tövsiyə və məsləhətlər verdilər.

Ətraflı

"Əhməd Cavad yaradıcılığı və tarixdə rolu "Fevralın 14-ü 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndinə əsasən Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu " adlı keçirilmiş intellektual müsabiqənin qaliblərinin təltifetmə tədbiri keçirildi. Tədbirdə I yerin qalibləri Diplom və hədiyyələrlə, II və III yerin sahibləri Diplomla, fərqlənən və iştirak edən şagirdlər isə Sertifikatla təltif olunmuşdur. Məktəbimizin 11-ci sinif şagirdləri Seyidova Rəfiqə, İsayeva Günel II yerə layiq görülmüşlər.

Ətraflı

"İntellektual müsabiqə"28 dekabr tarixində Sabunçu rayonu ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya" ları arasında Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə keçirilən "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqədə məktəbin Turan komandası II yerə layiq görülmüşdür.

Ətraflı

"Akademiyanın iclası"Məktəbin Kiçik Akademiyasının ilk iclası keçirildi. İclasın məqsədi : 2022-2023-cü tədris ili üçün KA-nın Prezidenti, onun müavinləri, bölmə rəhbərlərinin seçilməsi və təsdiqlənməsi həyata keçirildi. İclasda elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud potensialları nəzərə alınmaqla şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırmaq barədə bölmə rəhbərləri ilə müzakirələr aparıldı

Ətraflı

"Təhsil və tədris şagirdlərimizin gözü ilə" layihəsiMəktəbdə "Təhsil və tədris şagirdlərimizin gözü ilə" layihəsi keçirilir. Lahiyəyə start verildi: 09.02.2022-ci il Məqsəd: şagirdlərin təhsilə maraqlarının artırılması, onlarda dünyagörüşünün artırılması, "müəllim" peşəsinə sevgi və ehtiramın yaranması, "şagird-müəllim" münasibətlərinin inkişafı. Şagird: Aslanova Şəhri 8 b sinfi. Fənn: kimya Mövzu: İon rabitəsi.

Ətraflı

"Kiçik Akademiya"lar arasında əməkdaşlıq görüşüSabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya" ilə məktəbin "Kiçik Akademiya" üzvləri arasında əməkdaşlıq görüşü baş tutdu. Görüşdə məktəbin direktoru Ülviyyə Aslanova, Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın prezidenti Sərxan Şahverdiyev, "Kiçik Akademiya" prezidenti Səbirə Şükürova, KA-nın məsləhətçi müəllimləri, üzvləri iştirak etdilər. Görüş ərzində məktəbin IX "A" sinif şagirdi Allahverdiyeva Aynur Azərbaycan dili fənni üzrə "Baş və budaq cümlənin bağlayıcı vasitələri" adlı tədqiqat işini təqdim etdi. S. Şahverdiyev "Kiçik Akademiya"nın məqsədləri, bakuka.az saytının fəaliyyəti, istedadlı şagirdlərin üzə çıxarılması haqqında geniş formatda danışdı, sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Ətraflı
HAQQIMIZDA

Ötən əsrdən bəri fəaliyyət göstərən 170 nömrəli tam orta məktəb vətən üçün yüzlərlə həkim, müəllim, alim, hü...

BİZİM FƏXRLƏRİMİZ

Rövşən Əhmədov Ərrahman

İlkin Aslanlı Rafiq

HAQQIMIZDA

Ötən əsrdən bəri fəaliyyət göstərən 170 nömrəli tam orta məktəb vətən üçün yüzlərlə həkim, müəllim, alim, hü...

BİZİM FƏXRLƏRİMİZ

Rövşən Əhmədov Ərrahman

İlkin Aslanlı Rafiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi