"Ümumdünya Mülki Müdafiə Günü"

1972-ci ildən etibarən, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarına əsasən, hər il martın 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu münasibətlə məktəbimizin müəllimi Firdovsi Hüseynov şagirdlərə bu günün yaranma tarixi və əhəmiyyəti haqqında məlumat verib. O, bu əlamətdar günün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə təsis edildiyini vurğulayıb.
Hərbi rəhbər Firdovsi Hüseynov həmçinin şagirdlərə təbii və texnogen fəlakətlər zamanı özlərini necə qorumaq lazım gəldiyini izah edib, yanğınsöndürənlərin iş prinsipləri barədə danışıb. Bununla yanaşı, fövqəladə hallar zamanı davranış qaydaları, ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə vasitələrindən düzgün istifadə ilə bağlı ətraflı məlumat verib.