"Bədən Tərbiyəsi və İdman Günü"

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə məktəbin fiziki tərbiyə müəllimi Gündüz Əkbərovun təşkilatçılığı ilə şagirdlərin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və idman sahəsində kütləviliyin təmin edilməsi məqsədilə idman həftəsi keçirilib. Həftə çərçivəsində 6, 7, 10 və 11-ci sinif şagirdləri arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil edilib. Yarışlar şagirdlər tərəfindən böyük maraq və həvəslə qarşılandı.