"Narkomaniyaya Yox Deyək!" adlı tədbir

27- fevral 2025-ci il tarixində məktəbdə "Narkomaniyaya Yox Deyək!" adlı maarifləndirici tədbir keçirildi. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan edən məktəbin direktoru Ülviyyə Aslanova çıxışında bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğuladı və tədbirə qatılan qonaqları iştirakçılara təqdim etdi.
Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov
Həkim, klinik-psixoloq Ofelya Məmmədova
Həkim-narkoloq Rövşən Kərimli
Tədbirin əsas məqsədi şagirdlərə sağlam həyat tərzini aşılamaq, narkomaniyanın və digər zərərli vərdişlərin təhlükələri barədə məlumat vermək və bu vərdişlərdən uzaq durmağın vacibliyini çatdırmaq idi. Qonaqlar öz çıxışlarında bu mövzu ətrafında geniş məlumat verərək, real həyatdan nümunələr gətirdilər və şagirdlərin suallarını cavablandırdılar.
Tədbirin sonunda fəal iştirak edən və sualları ilə maraqlı müzakirələrə səbəb olan şagirdlər mükafatlandırıldı.