"Konfrans"

3 may tarixində məktəbin təşkilatçılığı ilə müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Yolumuz Heydər yoludur!” adlı şagirdlərin təqdimatı ilə məktəblərarası elmi konfrans təşkil edilmişdir. Konfransın təşkil edilməsində məqsəd Sabunçu rayon məktəblərinin “Kiçik Akademiya” larının tarix kafedralarının məktəblərarası və şagirdlərarası dostluq, birlik əlaqələrini möhkələndirmək, ümummilli lider Heydər Əliyevin zəngin, mənəvi- siyasi irsini araşdırmaq, təbliğ etmək və şagirdlərimizin ulu öndərin azərbaycançılıq idealogiyasına uyğun tərbiyə alaraq, vətənpərvər şəxsiyyətlər kimi yetişməsinə nail olmaqdır. Konfrans Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Açılış sözü ilə məktəb direktoru Ülviyyə Aslanova Ulu Öndərin hər zaman gəncliyə və gənclərə etimad göstərməsindən, bu gün də gəncliyə və gənclərə göstərilən qayğının yeni mərhələyə qədəm qoymasından, ölkəmizdə gənc nəslin problemlərinin həll edilməsindən, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunmasından, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığından, dövlət səviyyəsində bütün zəruri tədbirlərin həyata keçirilirməsindən danışdı. O bildirdi ki, bu günkü təntənəli görüş də gənclərin vətənə layiqli vətəndaş kimi yetişməsinə bir stimul verəcək. Sonda çıxış edən məktəblilər təşəkkürnamə ilə təltif edilərək xatirə şəkli çəkdirdilər
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi