"Kiçik Akademiya"lar arasında əməkdaşlıq görüşü

Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya" ilə məktəbin "Kiçik Akademiya" üzvləri arasında əməkdaşlıq görüşü baş tutdu. Görüşdə məktəbin direktoru Ülviyyə Aslanova, Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın prezidenti Sərxan Şahverdiyev, "Kiçik Akademiya" prezidenti Səbirə Şükürova, KA-nın məsləhətçi müəllimləri, üzvləri iştirak etdilər. Görüş ərzində məktəbin IX "A" sinif şagirdi Allahverdiyeva Aynur Azərbaycan dili fənni üzrə "Baş və budaq cümlənin bağlayıcı vasitələri" adlı tədqiqat işini təqdim etdi. S. Şahverdiyev "Kiçik Akademiya"nın məqsədləri, bakuka.az saytının fəaliyyəti, istedadlı şagirdlərin üzə çıxarılması haqqında geniş formatda danışdı, sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi