"Azərbaycan deyəndə səni düşünürük biz" adlı şeir müsabiqəsi

7 aprel tarixində məktəbin Kiçik Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri Lamiyə Vəliyevanın təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Azərbaycan deyəndə səni düşünürük biz" adlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlərin təqdimatında ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər dinlənildi. Şagirdlər arasında 5-ci sinif şagirdi Hüseynova Əminə, 6-cı sinif şagirdləri Həmzəyeva Zəhra, Nəsirova İlahə, 7-ci sinif şagirdləri İbrahimova Arzumələk, Mehdili Mədinə, M. Ağa, 9-cu sinif şagirdi Məhərova Məlahət fərqləndilər. Sonda müəllimlər şagirdlərə bədii qiraət sahəsində tövsiyə və məsləhətlər verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi