"FİZİKA AYLIĞI"NA YEKUN VURULDU

      Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərin müxtəlif fənnlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması məqsədilə məktəbdə fənn ayları keçirilməkdə davam edir. Noyabr ayı məktəbdə "Fizika–Kimya aylığı" elan olunmuşdur. Fənn aylığı çərçivəsində bir sıra tədbirlər, açıq dərslər, siniflər üzrə referat və divar qəzetləri müsabiqəsi keçirilmişdir. Beləki, 29 noyabrda “Fizika aylığı”na yekun tədbir fizika müəllimləri Nailə Menzeleyeva və Leyla İbrahimovanın rəhbərliyi ilə təşkil edilmişdir. Tədbirdə 6 “Ç”, 8 “A”sinif şagirdlərinin iştirakı ilə şeirlər, mahnılar səsləndi. Tədbirdə məktəbin müdiriyyəti, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Məktəbin direktoru Nazilə Əliyeva tədbir iştirakçılarını təbrik edərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi